Elektron Poçt Xidmətləri
Hörmətli müştərimiz,
Biz, müştərilərimiz üçün hər gün milyonlarla e-poçt göndərməyə imkan verən etibarlı infrastruktur üzərində qurulmuş E-poçt xidmət təminatçısıyıq.
Müştərilərimizin ehtiyaclarına əsaslanaraq, E-poçt serverləri qurmaq üçün xüsusi ayrılmış (Dedicated VPS) serverləri seçməyinizə kömək edirik. Bu serverlərin üstünlüyü ondadır ki, göndərəcəyiniz elektron məktubların həcmi böyük ola bilər, xüsusən də şirkətinizdə 10 və ya daha çox işçi, məsələn, 200 nəfər çalışırsa. Hamı eyni anda məktub göndərdikdə, serverdə yüksək yüklənmə ola bilər. Bunun səbəbi serverin texniki parametrlərinin yetersiz olması və ya internet sürətinin aşağı olmasıdır. Belə hallarda, sistemin optimal işləməsini təmin etmək çətinləşir.
Biz bu cür vəziyyətləri nəzərə alaraq, yüksək performanslı və sürətli internet bağlantısı ilə serverlər qururuq ki, müştərilərimiz təhlükəsiz şəkildə istənilən həcmdə elektron məktubları göndərə bilsinlər. Bizim təqdim etdiyimiz serverlər "Dedicated" adlanır və onlar tamamilə müştərinin ehtiyaclarına uyğun şəkildə tənzimlənir. Bu serverlər yüksək yüklənmələrə dözə biləcək gücə malikdir və E-poçt əməliyyatlarınızı sürətli və effektiv şəkildə idarə etməyə imkan verir.
Azərbaycan bazarında ən sərfəli, ən güclü və təhlükəsiz email həllərini təqdim edirik. Sizin üçün xüsusi hazırlanmış konfiqurasiya, sürətli çatdırılma, 24/7 dəstək və ən sərfəli qiymətlər — bunlar bizim əsas üstünlüklərimizdir.
Siz yalnız öz biznesinizə fokuslanırsınız, e-poçt serverinizin təhlükəsizliyi və etibarlılığı barədə isə biz düşünək. İşinizin xüsusiyyətlərinə uyğun sizə optimal çözümlər təklif etməyə hazırıq.
Korporativ e-poçtunuz etibarlı əllərdə olsun!
Qeyd: Bu qiymətə (500 AZN-dən başlayaraq) yalnız serverin qurulması, sazlanması və 1 il ərzində texniki dəstək daxildir. VPS-in (virtual serverin) haqqı qiymətə daxil deyil — VPS ayrıca seçilir və ödəniş edilir, çünki hər bir müştəri öz biznesinin fəaliyyətinə və ehtiyaclarına uyğun olaraq VPS seçir.
Bizdə kiberhücumlara qarşı zəmanət verilir!
100% - Heçbir məktubunuz itməyəcək!